
“Yeni Müsavat” qəzetinin məlumatına görə, istintaqı aparan Binəqədi rayon Prokurorluğunun müstəntiqi iş barədə ətraflı məlumat verməkdən də imtina edib.
Qeyd edək ki, istintaqın gedişi barədə məlumat almaq üçün RATİ də prokurorluğa informasiya sorğusu göndərib. Amma hələ ki, sorğu cavablandırılmayıb.
Xatırladaq ki, dekabrın 12-də QAT sədri A. Nağı bir neçə şəxslə “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum çəkərək qəzetin əməkdaşı Z. Hacını təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişdilər. Buna səbəb qəzetin 12 dekabr tarixli sayında Z. Hacının müəllifi olduğu “iki karın dialoqu” başlıqlı yazıda QAT sədri haqqında tənqidi fikirlərin səslənməsi olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 163.1-ci (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanılıb.