Bu gün səhər saatlarında İnternational Media Support təşkilatının Proqram rəhbəri Gülnarə Axundova və onun sürücüsü Səlim İsgəndərov polis təzyiqi ilə üzləşiblər.
Təxminən 10 nəfər şahidin gözləri qarşısında əraziyə gələn polislər sürücünü təhqir ediblər. Bundan əlavə onlar hadisənin fotoşəkilini çəkməyə çalışan Gülnarə Axundovaya kobud şəkildə mane olub, onun qolundan tutaraq polis idarəsinə aparacaqları ilə hədələyiblər. Polislər Axundovaya şəkil çəkməklə qanunu pozduğunu bildiriblər. Polis G. Axundova ilə yanaşı hadisəni çəkməyə çalışan onun 6 yaşlı qızının da telefonunu almağa cəhd ediblər. Axundova buna cavab olaraq DİN-in 102 nömrəli qaynar xəttinə məlumat vermişdir.