ƏVƏZ ZEYNALLIYA AİLƏSİ İLƏ GÖRÜŞ VERİLİB

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya ailəsi ilə görüşmək üçün icazə verilib. Bu barədə  “Xural” qəzetinin qəzetin kommersiya direktoru Nizami Həsənli məlumat verib.

Onun sözlərinə görə, son vaxtlar baş redaktorun səhhətində problemlərin yaranması ilə bağlı məlumatlar yayılandan sonra ailəsi dəfələrlə Ə.Zeynallı ilə görüşmək üçün müvafiq orqanlara müraciət edib. Əvəz Zeynallının ombudsman E.Süleymanovaya ünvanladığı müraciətdən sonra,  Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov  Bakı Ağır Cinayətlərə dair Məhkəmənin sədrinə görüş verilməsi üçün müraciət edəcəyini bildirib. Baş redaktorun vəkili Elçin Sadıqov işi aparan hakim Ramella Allahverdiyevaya bir daha müraciət edəndən sonra Ə.Zeynallıya aiəsilə görüş üçün icazə verilib.
Qeyd edək ki,  Zeynallıya sonuncu dəfə ailə üzvləri ilə təxminən iki ay əvvəl  görüş verilib.
Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

JURNALİST TƏŞKİLATININ RƏHBƏRİ POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİB

Next Post

“XƏYAL” TELEVİZİYASININ ƏMƏKDAŞLARININ HƏBS MÜDDƏTİ ARTIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.