BİR QRUP JURNALİST TƏZYİQƏ MƏRUZ QALIB

May ayının 26-da Bakının Qaradağ rayonunun Qaraheybət adlanan ərazisindəki Ümumqoşun Təlim Mərkəzində yerləşən N saylı hərbi hissənin şəxsi heyəti arasında qeydə alınan kütləvi zəhərlənmə halı ilə əlaqədar olaraq hadisə yerində olan bir qrup jurnalist  hərbçilərin fiziki təzyiqinə məruz qalıb.

Bu barədə hadisə yerində olmuş “Yeni Müsavat” qəzetinin əməkdaşı Xalid Kazımlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verib.
“Məni, həmçinin bir qrup jurnalisti hadisə yerinə buraxmamağa çalışdılar. Təxminən 23 yaşlarında olan mülki geyimli bir şəxs “Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızının telefonunu əlindən almağa çalışaraq, fiziki güc tətbiq etməyə cəhd etdi. Mən və qəzetimizin əməkdaşı Zabil Müqabiloğlu ona mane olduq. Həmin şəxs hirslənərək, jurnalistləri “içəri basmağı” əmr elədi. Ancaq yaranmış kütləvi çaxnaşmaya görə əmri yerinə yetirilmədi”, – deyə X. Kazımlı bildirdi.
Previous Post

Naxçıvan Muxtar Respublikasının bir qrup sakinlərinin keçirdiyi mətbuat konfransı

Next Post

VƏKİLİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.