VƏKİLİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (27 may) vəkili, “Media Hüququ İnstitutu”-nun (MHİ) direktoru Rəşid Hacılı 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. Hacılının özü məlumat verib. Onun bildirdiyinə görə, baş redaktor saxlanma şəraitindən və səhhətindən şikayət etməyib: ”Biz onun qanunsuz həbs olunması, əlyazmalarının məhv edilməsi barədə, həmçinin işi ilə bağlı aparılan araşdırmalar ətrafında danışdıq”, – deyə R. Hacılı bildirdi.
Xatırladaq ki, Q. Zahid (Zahidov) CM – nin 127. 2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) maddəsi ilə ittiham olunaraq 3 il, 6 ay, CM – nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

BİR QRUP JURNALİST TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

MÜŞFİQ HÜSEYNOV SƏHHƏTİ İLƏ BAĞLI VAXTINDAN ƏVVƏL HƏBSDƏN AZAD EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.