AQİL XƏLİL YENİDƏN PROKURORLUĞA ÇAĞIRILIB

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil bu gün (10 aprel) növbəti dəfə Baş Prokurorluğa çağırılıb.

Bu barədə RATİ-yə məlumat verən jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Baş prokurora göndərilən şikayətlə əlaqədar araşdırma aparmaq üçün jurnalisti prokurorluğa dəvət ediblər. Aqil Xəlilə təzyiq olunması, şantaj edilərək ifadə alınması ilə bağlı məsələlərin araşdırılacağını deyən vəkil araşdırmanın Baş prokurorun köməkçisi Azər Əsgərov tərəfindən aparıldığını söyləyib.
Sadıqov onu da əlavə edib ki, Aqil Xəlil telekanalları və istintaq orqanını məhkəməyə verməyə hazırlaşır: ”sənədlər artıq hazırdır, Aqil onları imzaladıqdan sonra məhkəməyə təqdim edəcəyik”.

Previous Post

JURNALİSTİN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ MÜƏYYƏNLƏŞİB

Next Post

“LİDER” TELEKANALI HARAŞTİNİ İTTİHAM ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.