NAZİM QULİYEV AZADLIĞA BURAXILDI

Bu gün “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev azadlığa buraxılıb. Bu barədə məlumatı RATİ-yə jurnalistin qardaşı Bəhruz Quliyev verib.

 O qeyd edib ki, “bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə Nazim Quliyevin həbsini nəzərdə tutan Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb. İddiaçı tərəf – Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovla “İdeal” qəzeti arasında əldə olunan qarşılıqlı barışıq əsasında məhkəmə cinayət işinə xitam verib və N. Quliyev məhkəmə zalından azadlığa buraxılıb”.

     Xatırladaq ki, Nazim Quliyev bu il noyabrın 6-da  Ramiz Zeynalovun iddiası əsasında  Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun qərarı ilə 2 il 6 ay müddətinə  həbs edilmişdi.  Ramiz Zeynalov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında  iddia qaldırmışdı. 

Previous Post

QƏNİMƏT ZAHİDOVUN MƏHKƏMƏSİ BAŞIADI

Next Post

“YENİ MÜSAVAT” MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.