TERRİ DEVİSƏ MƏKTUB GÖNDƏRİLİB

Azərbaycanda fəaliyyət göstərən bir qrup jurnalist dünən Avropa Şurasının baş katibi Terri Devisə məktub göndərib.

Məktubda Azərbaycanda jurnalistlərin ağır iş şəraitində fəaliyyət göstərdiyi, KİV-ə təzyiqlərin göstərilməsi, jurnalistlərin öldürülməsi, şikəst edilməsi, həbsə atılması, jurnalistlərin və qəzetlərin cərimələnməsi haqqında danışılır. Məktubda vurğulanır ki, bu səbəblərdən 42 jurnalist Azərbaycanı tərk edib, 20-dən çoxu isə sığınacaq üçün xarici ölkə səfirliklərinə müraciət edib. Məktub müəllifləri qeyd ediblər ki, mətbuata qarşı belə sərt siyasətin tətbiqi prezident  İ.Əliyevin razılığı olmadan mümkün deyil. Məktuba eyni zamanda Q.Zahidin həbsinin əsassız olduğu haqda arayış əlavə olunub. “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu və bu qəzetin əməkdaşı olmuş jurnalist Çingiz Sultansoy məktuba imza atıblar.

     Şahvələd Çobanoğlu RATİ-nin əməkdaşı ilə söhbətində bildirib ki, “Terri Devis Qənimət Zahidovun siyasi motivlərlə həbsinə onu qəbul etməmiş kimi bir rəy vermişdi. Və bu yaxınlarda onun bir bəyanatı oldu və bu bəyanatla o İlham Əliyevə dost olduğunu söyləmişdi”.  Məktubun göndərilməsinə səbəb də Terri Devisin bu mövqeyi olub.  

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU DAHA BİR HESABATINI AÇIQLAYIB

Next Post

MÜRACİƏT ETMƏYƏNLƏR ƏFV OLUNMAYACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.