Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşlarına Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən Dənizkənarı Bulvarda foto və video çəkiliş aparılmasına icazə verilməmişdi. RATİ məsələ ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə sorğu ilə müraciət edərək bu qadağanın hansı qanunla tətbiq edilməsi və qadağanın hansı zəruriyyətdən meydana gəlməsi barədə məlumat verilməsini xahiş etmişdi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovdan adından RATİ-yə 18 iyul 2011-ci il tarixində ünvanlanmış Bİ-190/11 saylı məktubda ki, “İnformasiya sorğunuzda qeyd etdiyiniz Bulvar İdarəsinin əməkdaşları tərəfindən Dənizkənarı Bulvarda foto və video çəkiliş aparılmasına icazə verilmir faktı həqiqətə uyğun deyil”.
Əməkdaşlarımız bu məktubda yazılanları nəzərə alaraq növbəti dəfə çəkiliş üçün Dənizkənarı Bulvara üz tutdular və əllərində də bu məktubun surəti. Amma yenə əməkdaşlarımıza çəkiliş aparmağa icazə verilməyib. Bu dəfə Bulvar İdarəsi ilə telefonla əlaqə yaradaraq informasiya sorğumuza verilən cavabla gerçəkliyin üst-üstə düşmədiyini dedik. Bu dəfə isə ümumiyyətə absurd cavab aldıq: “İstədiyiniz qədər Bulvarı, ağacları və sairəni çəkə bilərsiniz. Amma bulvarda insanlardan müsahibə almaq və bunu çəkmək üçün bizdən icazə almalısınız”.