İRAN SAYTLARINA AZƏRBAYCANDAN GİRİŞ MƏHDUDLAŞDIRILIB

İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsinin Azərbaycan dilindəki bölməsinə (http://azeri.irib.ir/)  və İranın “Səhər” kanalının internet səhifəsinə (http://setv.irib.ir/) Azərbaycandan daxil olmaq mümkün deyil.

“Media forum” saytının xəbərinə görə, oktyabrın 4-də İranın Dövlət Radio və Televiziya Təşkilatının internet səhifəsində “Azərbaycanda sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı videomaterial yerləşdirilib. Bir neçə millət vəkilinin, dövlət məmurunun islam əleyhinə keçirilən kursların iştirakçısı olduğu qeyd edilib.  Eyni material “Səhər”in saytında da yerləşdirilib.
İran tərəfi bildirir ki, sözügedən ünvanlar Azərbaycandan bloklaşdırılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, adıçəkilən saytların bloklaşdırılması fikri əsassızdır. O qeyd etdi ki, bu məsələnin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə heç bir əlaqəsi yoxdur.
Məsələ ilə bağlı İranın Dövlət Radio və Televiziya Təşkilatının Azərbaycan bürosunun münasibətini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.

 

 

Previous Post

“Article 19” təşkilatının mətbuat konfransı

Next Post

ALİ MƏHKƏMƏ YENİ ZAMAN PARTİYASININ KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.