Bu gün (4 noyabr) Ali məhkəmədə hakim Bağır Əsədovun sədrliyi ilə Yeni Zaman Partiyasının sədri Musa Ağayevin Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddiaya əsasən Bakı Apellyasiya məhkəməsinin çıxardığı qərardan verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, Ali məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, Azərbaycanda rus dilində dərc olunan “Novoye Vremya” qəzetinin təsisçisi Musa Ağayevin yaratdığı partiya iki ildir Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilmədiyinə görə, məhkəməyə müraciət edib. 3 iyun 2009-cu il tarixdə Yasamal rayon məhkəməsi, 10 sentyabr 2009-cu il tarixdə isə Apellyasiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməyib.