BAKIDA KEÇİRİLƏN HƏRBİ PARADI RƏSMİLƏRDƏN BAŞQA HEÇ KİM CANLI OLARAQ SEYR EDƏ BİLMƏDİ

Bu gün (26 iyun) Azərbaycan Ordusunun yaradılmasının 90 illiyi münasibəti ilə “Azadlıq” meydanında hərbi parad keçirilib.

Amma öncədən verilən xəbərə görə parad “Azadlıq “ meydanından başlayaraq  “Neftçilər” prospektini keçməklə “Azneft” dairəsinə qədər hərbi döyüş maşınları və müxtəlif növ qoşun birləşmələrin piyadaçılarının yürüşü ilə keçirilməli idi.

Habelə paradın “AZ TV” vasitəsilə  birbaşa yayımlanacağı vəd olunsa da, parad yalnız adı çəkilən telekanalda təxminən 40 dəqiqə  gecikmə ilə nümayiş etdirildi.
Belə ki, “AZ TV”-dən başqa paraddan çəkiliş aparmaq hüquq heç bir telekanala, hətta İctimai televiziyaya da verilmədi. Buna görə də “AZ TV” əməkdaşlarından başqa heç bir KİV-in əməkdaşı  “Azadlıq” meydanına buraxılmayıb. Bu baş verənləri şəhərin küçə və meydanlarında monitorinq aparan RATİ əməkdaşları qeydə alıblar.
RATİ əməkdaşlarının müşahidələrinə görə, “Neftçilər” prospektinin sağ və sol tərəfinə düzülən sadə vətəndaşlara da paradı seyr etmək qismət olmayıb. İlk olaraq vətəndaşların “Azadlıq” meydanına daxil olmalarına imkan verməyən polis vətəndaşları sakitləşdirərək “Neftçilər” prospekti ilə yürüşün olacağını bildirib. Amma prospektdən cəmi bir neçə döyüş maşını keçib. Əsil paradı saat 14.00-a qədər həsədlə gözləyən vətəndaşlar, habelə jurnalistlərə sonda məlum olub ki, parad yalnız “Azadlıq” meydanında rəsmilər üçün keçirilərək sona çatdırılıb.     
    “Azadlıq” radiosunun məlumatına görə, paradda Silahlı Qüvvələrin şəxsi heyətindən 4 min 500 nəfər iştirak edir. Parada 210 hərbi texnika, 19 vertolyot, 25 təyyarə, 31 gəmi və bir kater iştirak edib. Bu parad Azərbaycanda 1992-ci ildən bəri keçirilən ikinci hərbi parad olub.
     Qeyd edək ki, Azərbaycan ordusu 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılıb. Azərbaycan ikinci dəfə müstəqil olandan sonra, 1991-ci ilin sentyabrında Ali Sovet Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib.
Mövzu ilə bağlı çəkdiklərimizlə aşağıdakı ünvanlarda tanış ola biləsiniz:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,67/ 

Previous Post

EMİN HÜSEYNOV KAFİ VƏZİYYƏTDƏ XƏSTƏXANADAN EVƏ YAZILDI

Next Post

“AZƏRBAYCANDA SEÇKİ ÖNCƏSİ DEMOKRATİK AZADLIQLAR” MÖVZUSUNDA FORUM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.