“AZADLIQ” RADİOSUNUN İNTERNET ÜNVANINA GİRİŞ MƏHDUDLAŞDIRILIB

“Azadlıq” radiosunun “azadliq.org” internet ünvanına Azərbaycanda fəaliyyət göstərən bir neçə internet provayderindən giriş məhdudlaşdırılıb. Bu barədə “Facebook” sosial şəbəkəsində  yayılan məlumatda bildirilir ki, mart ayının 6-da saat 15.00-dan etibarən 5 provayderdən – “Bakinternet”, “Azeronline”, “Uninet”, Ultel və “Connect” provayderlərindən “Azadlıq” radiosunun saytına girişə məhdudiyyət qoyulub.

Qeyd edək ki, “Azadlıq” radiosu ABŞ-da dərc olunan “The Washington Post” qəzetində dərc olunmuş məqaləyə istinadən Azərbaycan prezidenti İlham Əliyevin övladlarının adına Dubayda 75 milyon dollarlıq mülk olması barədə martın 5-də material hazırlayıb. Bundan 1 gün sonra isə “Azadlıq” radiostansiyasının internet ünvanına 5 internet provayderindən məhdudiyyət qoyulmasının məhz həmin məqalə ilə əlaqədar olması da istisna olunmur.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) araşdırmaları nəticəsində məlum olub ki, bu gün (08 mart) saat 15.30-dan etibarən “Adanet” provayderindən də “azadliq.org” saytına giriş məhdudlaşdırılıb.

RATİ məsələ ilə əlaqədar adıçəkilən provayderlərin rəhbərliyinə, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və “Aztelekom” istehsalat birliyinə sorğu ilə müraciət edib.

Previous Post

TOMAS HAMMERBERQ SƏFƏRİNİN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

AZƏRBAYCANDA TELERADİO SAHƏSİNİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.