TOMAS HAMMERBERQ SƏFƏRİNİN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİB

Martın 5-də Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirən Avropa Şurasının insan haqları üzrə Komissarı Tomas Hammerberq səfəri zamanı müzakirə olunan əsas mövzuların ölkədə KİV azadlığı sahəsində vəziyyət, hüquq-mühafizə sisteminin fəaliyyəti və QHT-lərin vəziyyəti olduğunu bildirib.

Bu barədə “Turan” məlumat yayıb. Hammerberq “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun öldürülməsi ilə bağlı cinayətin üstünün açılmadığını və Avropa Şurasının peşə fəaliyyətinə görə qətlə yetirilmiş jurnalistin qətlinin araşdırılmasına böyük əhəmiyyət verdiyini bildirib.

Həbsxanada “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə, həmçinin gənc bloqçular Emin Milli və Adnan Hacızadəyə baş çəkdiyini vurğulayan Hammerberq Azərbaycan rəsmiləri ilə görüşlərində bu şəxslərin azad edilməsi məsələsini qaldırdığını bildirib. Hammerberq qanunvericiliyə şəxsin icazəsi olmadan foto və videoçəkilişinin aparılmasını qadağan edən düzəlişlərlə bağlı narahatlığını bildirib və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönələn normaların aradan qaldırılmasının tərəfdarı olduğunu deyib.

 

Previous Post

AMNESTY İNTERNATİONAL TƏŞKİLATI BƏYANAT YAYIB

Next Post

“AZADLIQ” RADİOSUNUN İNTERNET ÜNVANINA GİRİŞ MƏHDUDLAŞDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.