HOLLANDİYA PARLAMENTİNİN QARŞISINDA REFERENDUM ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

Fevral ayının 4-də Hollandiyada yaşayan azərbaycanlılar parlament binası qarşısında martın 18-də Azərbaycanda keçiriləcək referendumla əlaqədar etiraz aksiyası keçiriblər.

Bu barədə “Mediaforum” xəbər saytına aksiya  iştirakçılarından olan Azərbacanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibov məlumat verib. Yusibovun  sözlərinə görə, “Azad cəmiyyət, azad dövlət!”, “Diktaturaya yox deyirik!” şüarlarıyla keçirilən aksiyada Konstitusiyaya  əlavə və dəyişiklikləri nəzərdə tutan referendumun demokratik prinsiplərə zidd olduğu vurğulanıb.
Məlumatda bildirilir ki, aksiya iştirakçıları Azərbaycan mətbuatının vəziyyətini əks etdirən sənəd hazırlayaraq Hollandiya parlamentinin üzvlərinə və mitinq iştirakçılarına paylayıblar. Həmçinin mitinqin qətnaməsi Hollandiya parlamentinə də təqdim olunub.
Hollandiya parlamenti rəhbərliyindən isə aksiyanın təşkilatçılarına məlumat veriblər ki, gələn həftə Hollandiya parlamentinin Avropa Birliyi və Avropa Şurasındakı deputatlarının, habelə XİN təmsilçilərinin iştirakı ilə Azərbaycanda insan haqlarının vəziyyəti və referendumla bağlı müzakirələr keçiriləcək.
Previous Post

NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTDƏN İZAHAT ALINIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.