NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTDƏN İZAHAT ALINIB

Yanvarın 31-də peşə vəzifəsini yerinə  yeritirərkən fiziki təzyiqə məruz qalmış RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mühdiyev bu gün (06 yanvar) Muxtar Respublika Daxili İşlər Nazirliyində olub və istintaqın gedişi ilə maraqlanıb.

“Müstəntiq məni qəbul etdi. İstintaqın aparıldığını bildirdi və məndən hadisə ilə bağlı yenidən izahat alındı. Məni külqabı ilə vuran İsmayıl İsmayılovun harada olduğu və harada saxlandığı haqda heç bir məlumat verilmədi”, – deyə H.Mehdiyev bildirib.
H.Mehdiyev aldığı zərbədən sonra səhətində problemlərin yarandığını da bildirib. Onun dediyinə görə, bir neçə dəfə həkim müayinəsindən keçib. Həkimlər səhətində ciddi problemin olmadığını bildirsələr də, başında güclü ağrılar olur və sol qulağının eşitməsində problemlər yaranıb.
Xatırladaq ki, 31 yanvar 2009-cu il tarixdə saat 10:00-da RATİ-nin Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev müxalifət partiyalarının Məmməd Əmin Rəsulzadənin anadan olmasının 125 illiyi münasibətilə  keçirdikləri toplantıdan reportaj hazırlayarkən İsmayıl İsmayılov  adlı şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb. O, Mehdiyevi söyüb və masanın üzərində olan külqabını götürərək jurnalistə atıb. Atılan külqabı Mehdiyevin sol gözünün altından (almacıq hissədən) dəyib.
Previous Post

SAKİT ZAHİDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

HOLLANDİYA PARLAMENTİNİN QARŞISINDA REFERENDUM ƏLEYHİNƏ AKSİYA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.