AQİL XƏLİLƏ DƏSTƏK MƏQSƏDİLƏ AKSİYA KEÇİRİLİB

Aprelin 13-də Kürdəmir rayonunun mərkəzində “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillin müdafiəsi ilə bağlı aksiya keçirilib.

Aksiyada Kürdəmir sakinləri, ziyalıları,  eyni zamanda jurnalistin müəllimləri də iştirak edib. Aksiyanın səhər saat 10-da Kürdəmirdəki Mədəniyyət Mərkəzinin qarşısından yerli prokurorluğa qədər yürüş formasında keçirilməsi planlaşdırılsa da, bu ərazidə polislər cəmləşdiyindən aksiya Kürdəmirin mərkəzində – Heydər Əliyev küçəsindəki bazarın yaxınlığında keçirilib. Polislər aksiyaya gələn bütün yolları, şəhərə gələn çıxış yollarını bağlayıb. Aksiyaya gedən şəxslərin maşınlarının açarları əllərindən alınıb. Bununla yanaşı bir neçə aksiya iştirakçısını həbs olunub.  Yarım saat davam edən aksiyada AXCP, KAXCP və Müsavat fəalları da iştirak edib. Aksiya iştirakçıları aşağıdakı məzmunlu plakatlar qaldırıb: “Aqil Xəlil bizimlə”, “Zakir Qaralova lənət” və s. Sonda bəyanat da oxunub. Əsas tələb kimi hakimiyyətin bu iyrəncliyə son qoyması səsləndirilib.

Tutulan üç aksiya iştirakçısı isə bir neçə saatdan sonra sərbəst buraxılıb. Onlardan biri müəllim Məlikov Əliyusif, digər iki nəfər isə sadə vətəndaşlar olub. Məlumatı RATİ- yə jurnalistin anası Xuraman Xəlilova verib.

Previous Post

XARİCDƏ YAŞAYAN TƏLƏBƏLƏR AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNƏ ETİRAZ EDİRLƏR

Next Post

GEDMİN MTRŞ SƏDRİ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.