XARİCDƏ YAŞAYAN TƏLƏBƏLƏR AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNƏ ETİRAZ EDİRLƏR

“Gün Səhər” qəzetində verilən xəbərə görə, ABŞ-ın Harvard universitetində təhsil alan bir qrup  azərbaycanlı və digər ölkələrdən olan tələbələr Azərbaycanda mətbuat və söz azadlığının vəziyyətinə etiraz olaraq fotoaksiya keçiriblər.

Aksiya iştirakçıları əllərində “Mətbuat bizim dostumuzdur”, “Mətbuatı qoruyun” yazılmış plakatlar tutaraq Azərbaycan mətbuatına dəstək olduqlarını bildiriblər. Aksiyada iştirak edən, azərbaycanlı tələbə Bəxtiyar Hacıyev bildirib ki, aksiyada iştirak edən xarici tələbələr Azərbaycan, onun mədəniyyəti, tarixi, musiqisi və Dağlıq Qarabağ problemi bərədə kifayət qədər məlumatlıdırlar. O əlavə edib ki, “bu aksiyanın keçirilməməsini istəyənlər  varsa, onlar birinci növbədə neqativ halların, düşünülməmiş qərarların verilməsini dayandırmalıdırlar”.  

Məlumatda o da bildirilir ki, əgər Azərbaycanda mətbuat azadlığı sahəsində müsbət dəyişikliklər hiss edilməsə, dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimiz, o cümlədən Amerikanın və dünyanın nüfuzlu dövlət adamları siyasətçiləri aksiyaya qoşula bilər.

Previous Post

JURNALİSTLƏRƏ NÖVBƏTİ YARDIM AYRILIB

Next Post

AQİL XƏLİLƏ DƏSTƏK MƏQSƏDİLƏ AKSİYA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.