AKSİYA İŞTİRAKÇILARINA ŞÜARLAR SƏSLƏNDİRMƏYƏ İCAZƏ VERİLMƏYİB

Bu gün ( 2 iyun) Müsavat partiyasının fəalları İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərsələr də, polis aksiyanın səfirlik qarşısında keçirilməsinə imkan verməyib.

Yalnız iki nəfər Müsavat fəalına piketin qətnaməsini səfirliyə təqdim etməyə icazə verilib.
İranda azərbaycanlıların hüquqlarının pozulmasına etiraz edən piketçilərin polislə danışığından sonra aksiya Axundov bağında baş tutdu. Polis aksiya iştirakçılarının şüarlar səsləndirməsinə və plakatlar qaldırmasına imkan vermədi və iştirakçıların əllərində tutduqları plakatlar yığışdırıldı.
Müsavat Partiyası Mərkəzi İcra Aparatı rəhbəri Arif Hacılı çıxış edərək, İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulduğunu, mili haqların təmin edilmədiyini deyib.
Müsavatın Mərkəzi İcra Aparatı rəhbəri Arif Hacılının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının bu günə planlaşdırdığı piketinə icazə verməyib. Partiyaya daxil olan rəsmi cavab məktubunda bildirilib ki, piketlə bağlı xəbərdarlıq meriyaya mayın 29-da çatdığından ona baxılmayıb.
Previous Post

“YENİ ÇAĞ”, “ELÇİ” VƏ “HÜNƏR MEYDANI” QƏZETLƏRİNƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

“Müsavat” partiyasının fəalları İranın Azərbaycandakı səfirliyi qarşısında keçirdiyi aksiya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.