Bu gün (2 iyun) Bakı Apellasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Qazax rayon sakinləri Vidadi Yusifov və Təranə Yusifovanın Apellyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirildi.
Prosesdə cavabdeh tərəf qismində “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər (Fərəcov) və onun vəkili Ağalar Ağaşirinov iştirak edirdi. İddiaçılar V.Yusifov və T.Yusifova prosesdə iştirak etmirdilər.
Hakim Ə.Qasımov qarşılıqlı barışığa hazır olmaları barədə iddiaçıların rəsmi teleqrafının məhkəməyə daxil olduğunu bildirdi və növbəti prosesi 14 iyul saat 15:00-a təyin etdi.
Xatırladaq ki, hər üç qəzetdə dərc olunmuş “Qazaxlı sahibkar” başlıqlı məqalə məqalədə şərəf və ləyaqətlərinin alçaldığını hesab edən iddiaçılar Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmə qəzetlərin təkzib verməsi və cərimələnməsi barədə qərar çıxarmışdı. Cavabdeh tərəflərin şikayətinə əsasən Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra, iddiaçılar Ali Məhkəməyə kassasiya şikayəti veriblər və iş yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilib.