İddiaçının nümayəndəsi İ.Əliyev vəsatət qaldıraraq, soyunma otağına otel işçilərindən kimlərin daxil olması və daxil olanların qeydiyyatlarının aparılırması, otaqlarda təhlükəsizlik kameralarının yerləşdirilməsinə dair görüntülərin şikayətçiyə təqdim edilməsini məhkəmədən xahiş etdi. İ. Əliyev eyni zamanda bu iş üzrə digər bir iddiaçı olan jurnalist Qan Turalın (Tural Cəfərov) işinin də eyni icraatda birləşdirilməsi barədə hakimə müraciət etdi.
Hakim A.Rzayev adıçəkilən iş üzrə icraat dayandırılaraq ekspertizaya göndərildiyindən bunun mümkün olmayacağını, işi baxışa təyin etdiyini deyərək prosesi 24 avqust saat 14:30-a təyin etdi.
Xatırladaq ki, jurnalistlər 15 aprel 2011-ci il tarixində Qan Turalı və Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı yaşadıqları otel otağında gizli yerləşdirilmiş kamera vasitəsilə çəkilmiş videogörüntüləri “Lider” Televiziyasında yayımlanmışdı və Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi vəzifəsinin qoyulması, özəl həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsinə dair iddiası ilə cavabdehlərin hər birindən onlara vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi barədə tələblə Yasamal rayon Məhkəməsinə müraciət edib.