VALİDEYNİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Ötən həftə anası Bahar Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu, blogger Adnan Hacızadə ilə görüşüb.

Bu barədə Reportyoların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Hacızadənin atası Hikmət Hacızadə məlumat verib. O bildirib ki, A. Hacızadə səhhətindən və saxlanma şəraitindən narazılıq etməyib.
Emin Millinin (Abdullayev)  anası Natella Abdullayeva isə RATİ-yə bildirib ki, həyat yoldaşı Paşa Abdullayevin  səhhətində yaranan problemlərlə əlaqədar oğluna baş çəkə bilməyib. “Atası xəstəxanada yatdığı üçün Eminin yanına gedə bilməmişəm” – deyən N.Abdullayeva qeyd etdi ki,  yaxın günlərdə bu istəyini həyata keçirəcək.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.

Previous Post

“YENİ MÜSAVAT”IN “AZƏRİQAZ”A QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

EYNULLA FƏTULLAYEVİN HƏBSİNDƏN 3 İL ÖTDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.