“YENİ MÜSAVAT”IN “AZƏRİQAZ”A QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (20 aprel) Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə qarşı informasiya sorğusunun cavablandırılmaması ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn və “Azəriqaz” İB-nin nümayəndəsi Şakir Əliyev iştirak edirdi.
İddiaçının nümayəndəsi V.Hüseyn bidirdi ki, “Azəriqaz”ın sorğuya cavab verməməsi, həm ifadə azadlığı, həm də “İnformasiya əldə etmək haqqında Qanun”un kobud şəkildə pozulması deməkdir.
Cavabdehin nümayəndəsi Şakir Əliyev isə sorğu ilə açıqlanmalı olan məlumatların müştərilərin maraqlarına zidd olduğunu və buna görə də həmin məlumatları müştərilərin özlərindən almağın məqsədəuyğun olduğunu bildirdi.
Hakim prosesin yekunlaşdığını elan edərək sabah (21 aprel) saat 09:15-də qərarın elan ediləcəyini bildirdi.
Əlavə edək ki, hakim Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşlarına prosesdə çəkiliş aparmağa icazə verməyib.
 Xatırladaq ki, “Yeni Müsavat” qəzeti “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə ünvanladığı sorğuda Bakı şəhərində fəaliyyət göstərən şadlıq evi kateqoriyasından olan obyektlərdə hər obyekt üçün və hər il üzrə ayrılıqda göstərilməklə 2007-2008-ci illərdə qaz istehlakının həcmi və ödəmə vəziyyəti haqqında məlumat istəyib.
Qeyd edək ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

Fırıldaqçılar tərəfindən aldadılmış vətəndaş İlahə İlyasovanın məhkəməsi

Next Post

VALİDEYNİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.