HƏMMƏRUZƏÇİLƏR BAŞ REDAKTORUN ÖLÜMÜ İLƏ BAĞLI BƏYANAT VERİB

avqust 20th, 2009
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova “Tolışi-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı bəyanatla çıxış ediblər. Həmmərizəçilər baş redaktorun həbsxanada vəfat etməsindən kədərləndiklərini bəyan ediblər. 

”O, 2007-ci ilin fevral ayında vətənə xəyanət etməkdə və milli, irqi və dini ədavətə çağırışlar etməkdə  günahlandırılaraq on il müddətinə məhkum edilmiş, lakin Azərbaycan İnsan Haqları Federasiyası tərəfindən siyasi məhbus hesab edilmişdir. AŞPA-nın onun ictimaiyyətə açıq olmayan məhkməsinin ədalətli keçdiyinə dair ciddi şübhələri olmuşdur və buna görə də onun yaşını və sağlıq durumunu nəzərə alaraq insanpərvərlik naminə azadlığa buraxılması üçün dəfələrlə çağırışlar etmişdir. Bu çağırışlara isə məhəl qoyan olmamışdır”.
Bəyanatın sonunda bildirilir ki, N.Məmmədovun linqvistik əlyazmalarının həbs edilən zaman hüquq mühafizə orqanları tərəfindən məhv edilməsi təəssüfləndirici haldır.