AĞASİF ŞAKİROĞLU AZAD EDİLDİ

Bu gün (06 avqust) Bakı Apellyasiya məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə “Hədəf” Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu (İbrahimov) barəsində Nərimanov rayon məhkəməsinin 1 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı 03 avqust tarixli qərardan verilmiş apellyasiya şikayəti üzrə proses keçirilib.

Qapalı keçirilən proses barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ağasif Şakiroğlunun vəkili Bəhruz Quliyev məlumat verib. O bildirib ki, hakim Faiq Qasımov A.Şakiroğlu barədə 1 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə Nərimanov məhkəməsinin çıxardığı qərarın ləğv olunması və Ağasif Şakiroğlunun həbsdən azad olunması ilə bağlı qərar çıxarıb.
    Xatırladaq ki, Ağasif Şakiroğluna Cinayət məcəlləsinin 321. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə Nərimanov Prokurorluğunda cinayət işi açılıb. A.Şakiroğlu isə ictimai-siyasi fəaliyyətinə və mətbuatdakı tənqidi çıxışlarına görə sifarişlə təqib olunduğunu iddia edir.

Previous Post

SƏRDAR ƏLİBƏYLİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.