SƏRDAR ƏLİBƏYLİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (06  avqust) Binəqədi rayon məhkəməsində hakim Mirheydər Seyidov “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin Mətbuat Şurasına və Şuranın sədri Əflatun Amaşova qarşı iddiasına əsasən qərardad çıxarıb.

İclasda iddiaçı tərəfi Sərdar Əlibəyli, cavabdeh tərəfi isə Mətbuat Şurasının səlahiyyətli nümayəndəsi Rəhim Hüseynzadə təmsil edirdi.
Hakim M. Seyidov iddianın təmin olunmaması ilə bağlı qərardadı elan etdi.
S.Əlibəyli RATİ-yə bildirib ki, hakimin qərarından apellyasiya şikayəti verəcək.
Xatırladaq ki, bir müddət öncə Mətbuat Şurası “Nota” qəzetini “reket qəzetlər” siyahısına daxil etdiyi üçün, iddiaçı bu qərarın qanunsuz hesab edilməsi və Mətbuat Şurasının 10 min manat təzminat ödəməsi barədə məhkəmədə iddia qaldırmışdı.
Qeyd edək ki, hakim RATİ əməkdaşına video və fotoçəkiliş aparmaq üçün  icazə verməyib.

Previous Post

“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

AĞASİF ŞAKİROĞLU AZAD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.