AQİL XƏLİL MƏHKƏMƏDƏ ŞAHİD KİMİ İFADƏ VERİB

Bu gün Nəsimi Rayon Məhkəməsinin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin vəkili Elçin Sadıqovun Baş Prokurorluğun İstintaq İdarəsinin baş müstəntiqi Əli Quliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə şahid kimi  iştirak edən A. Xəlil bildirib ki, istintaq zamanı həqiqətən Sadıqova təzyiqlər olub. O İdarədən getmək istəsə də, gecə saat 2 radələrinə qədər orada məcburi qaydada saxlanılıb.
 RATİ-nin əməkdaşı ilə söhbətində vəkil E. Sadıqov "Məhkəmədə iştirak edən müstəntiqlər Pərviz İbayev və Kamal Talıbov öz ifadələri zamanı mənim evə getmək istədiyimi inkar ediblər", deyə bildirib. Sonda hakim sabah qərardadın oxunacağını deyib.
Xatırladaq ki, Elçin Sadıqov müdafiə etdiyi "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlillə birlikdə İstintaq İdarəsində 12 saatdan artıq saxlanılmasına və mənəvi təzyiqlərlə üzləşdiyinə görə  baş müstəntiq Əli Quliyevə qarşı iddia qaldırmışdı.
Previous Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

FƏTULLAYEV “KARSER”DƏN ÇIXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.