“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə Azərbaycan Nəşriyyatında böyük redaktor olan İlham Sadıqovun "Azadlıq" qəzetinin redaksiyası və qəzetin oxucusu və kənar yazarı Elmira Tofiqqızına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.


Prosesdə İlham Sadıqov, cavabdeh tərəfin vəkili Elçin Sadıqov iştirak edirdi. İlham Sadıqov çıxışı zamanı öz iddiasını müdafiə edərək "Azadlıq" qəzetinin bir neçə sayında dərc olunmuş yazılarda ona böhtan atıldığını və təhqir  edildiyini, eyni zamanda yazılarının təhrif edildiyini vurğuladı. Və  iddiasının təmin olunması istədi.

Cavabdeh tərəfin vəkili E. Sadıqov çıxışı zamanı iddianın əsasız və tamamilə qəbuledilməz olduğunu bildirdi. Tərəflərin çıxışlarından sonra növbəti məhkəmə prosesi aprelin 23-ə təyin olundu.
Xatırladaq ki, İlham Sadıqov müəllifi olduğu Koroğlu haqqında nəşri tənqid edən məqaləyə görə "Azadlıq" qəzetini və məqalənin müəllifi Elmira Tofiqqızını məhkəməyə verib. İddiaçı məhkəmədən cavabdehlərin 20000 AZN məbləğində cərimələnməsini istəyib.
Previous Post

MÜŞFİQ HÜSEYNOV OMBUDSMANLA GÖRÜŞMƏK İSTƏYİR

Next Post

AQİL XƏLİL MƏHKƏMƏDƏ ŞAHİD KİMİ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.