AQİL XƏLİL HADİSƏ YERİNƏ APARILIB

Bu gün RATİ-nin əməkdaşları “Azadlıq” qəzetinin Klinik Tibbi Mərkəz xəstəxanasında müalicə olunan əməkdaşı Aqil Xəlilə baş çəkib.

Aqilin yanına gedərkən onun yanında Bakı Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini  Elxan Hüseynov, iş üzrə təhqiqatçı Elçin Məmmədov jurnalistdən baş vermiş hadisə ilə barədə izahat alırdılar. Fevralın 23-dən Aqil Xəlilin nömrəsinə gəlmiş və onun nömrəsindən edilmiş zənglərin siyahısı jurnalistə göstərildi və jurnalistdən ona naməlum olan nömrələrin siyahısı alındı. E. Hüseynov jurnalistə bildirdi ki, siyahı Daxili İşlər Nazirliyi tərəfindən “Azercell”-dən alınmış nömrələri əks etdirir. Bundan sonra Hüseynov məsələnin tam araşdırılması üçün Aqil Xəlilin istintaq qrupu ilə birgə hadisə yerinə getməli olduğu vurğulandı .
Jurnalistin yarasındakı sarğı dəyişdirildikdən sonra o  hadisə yerinə aparıldı. Aqil Xəlil hadisəni olduğu kimi istintaq qrupuna danışmağa və baş vermiş hadisəni göstərməyə başladıqdan sonra çəkilişə icazə verilmədi. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov da gəlmişdi.
Hadisə yerinə baxış keçirildikdən sonra Aqil Xəlil və Azər Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılıblar. Axşam saatlarında Azər Əhmədovla əlaqə saxladıq və o bildirdi ki, artıq üç saatdan artıqdır ki, BŞBPİ-dədirlər: “bu müddət ərzində bir sıra istintaq hərəkətləri aparılıb və onlar davam etdirilir, bu səbəbdən Aqil hələ təxminən üç gün Bakıda qalmalıdır”. Qeyd edək ki, xəstəxanadan çıxan zaman jurnalist bildirmişdi ki, valideynlərinin yaşadığı Kürdəmir rayonuna getməyi planlaşdırır.  
   

Previous Post

ANASI MİRZƏ SAKİTLƏ GÖRÜŞƏ BİLMƏYİB

Next Post

RATİ “LİDER” TELEKANALININ MÖVQEYİ İLƏ BAĞLI MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.