RATİ “LİDER” TELEKANALININ MÖVQEYİ İLƏ BAĞLI MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASINA MÜRACİƏT EDİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Lider” telekanalının martın 15-dən başlayaraq xəbərlər proqramında və digər verilişlərində “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı qərəzli və birtərəfli məlumat yaydığı üçün MTRŞ-ə sorğu göndərib

İnformasiya sorğusunda göstərilir ki, Aqil Xəlilin bıçaqlanması ilə bağlı məlumat hazırlanarkən jurnalistin öz mövqeyi öyrənilməmiş, nəticədə məlumat birtərəfli qaydada hazırlanmışdır. Bu isə verilmiş informasiyada  tərəfsizlik, qərəzsizlik, əhatəlilik, tam və doğru-dürüstlülük prinsiplərinə əməl olunması və faktlar və ya hadisələrin ədalətlə şərh olunması və birtərəfliyə yol verilməməsi qaydalarının pozulması deməkdir. O da vurğulanır ki, Redaktorlar Birliyinin dünən keçirilən iclasında “Lider”-in bu cür mövqeyi pislənilib.  
    Bütün bunları nəzərə alaraq, telekanalın bu cür mövqe nümayiş etdirməsi və telekanal barədə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinin mümkünlüyü məsələsinə MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin münasibət bildirməsi xahiş olunur.

Previous Post

AQİL XƏLİL HADİSƏ YERİNƏ APARILIB

Next Post

MEDİANIN DURUMU İLƏ BAĞLI NÖVBƏTİ HESABAT AÇIQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.