AQİL XƏLİLİN ELEKTRON ÜNVANI DAĞIDILIB

Hazırda Fransada olan  “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin (Xəlilov) elektron poçt ünvanına müdaxilə edilib.

Bu barədə Aqil Xəlilin özü  “Azadlıq” qəzetinə məlumat verib.
Jurnalist  hesab edib ki, elektron poçtuna Milli Təhlükəsizlik Nazirliyi tərəfindən müdaxilə olunub.
“MTN e-mail ünvanımı dağıdaraq içərisindəki bütün məlumatları məhv edib. Üstəlik,  ünvanına əxlaqa zidd materiallar yerləşdiriblər. Mənim bu insanlara sözün əsl mənasında yazığım gəlir. Bu adamlara belə zəifliklərinə görə yalnız acımaq olar. Yəqin, bu hərəkətlərlə mənə çatdırmaq istəyirlər ki, “biz səndən əl çəkməmişik”, – deyə A.Xəlil bildirib.
Previous Post

MİRZƏ SAKİT CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.