MİRZƏ SAKİT CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏİSİNİ MƏHKƏMƏYƏ VERİB

“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakit (Sakit Zahidov) cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ərşad Həsənovu məhkəməyə verib.

Bu haqda RATİ-yə “Azadlıq” qəzetinin  direktoru Azər Əhmədov  məlumat verib.
A.Əhmədov əlavə edib ki,  M.Sakit hələ də başqa Cəzaçəkmə Müəssisəsinə köçürülməyib.
Xatırladaq ki,  14 saylı Cəzaşəkmə Müəssisəsində Mirzə Sakitin həyatına sui-qəsq cəhdi olub.  Bu səbəbdən də o, Cəzaçəkmə Müəssisəsinin rəisini məhkəməyə verib. Habelə jurnalist başqa Cəzaçəkmə Müəssisəsinə köçürülməsini tələb edir.
Previous Post

BAŞ REDAKTOR HAQQINDA 1 İL 6 AY MÜDDƏTİNƏ ŞƏRTİ CƏZA HÖKMU ÇIXARILDI

Next Post

AQİL XƏLİLİN ELEKTRON ÜNVANI DAĞIDILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.