AQİL XƏLİLİN TELEKANALLARA VƏ PROKURORLUĞA QARŞI QALDIRDIĞI İDDİA TƏMİN EDİLMƏDİ

Bu gün (28 avqust) Yasamal rayon Məhkəməsinin hakimi Xaqani Tağıyevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin Baş prokurorluğa, müstəntiq Əli Quliyevə və telekanallara (AzTV, “Lider”, “Space” və ATV) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesdə də ATV,  “Lider” “Space” habelə Prokurorluğun nümayəndəsi iştirak edirdi.
İlk olaraq Xəlilin vəkili Elçın Sadıqov çıxış edərək telekanallara jurnalistlə bağlı nümayiş etdikləri sujetlərin iddiaçı tərəfə təqdim olunmamğı ilə bağlı  müraciətin cavabsız qaldığını dedi. Amma telekanalların nümayəndələri onlara hər hansı bir müracətin daxil olmadığı bildirdilər.
Bu mübahisəyə son qoyan hakim məhkəmə prosesinİ Xəllilə bağlı telekanallarda nümayiş olunmuş göruntulərin baxışı olmadan davam etdirdi.
Vəkil Sadıqov Prokurorluq tərəfindən telekanallara göndərilən video süjeti jurnalistin şəxsi həyatına müdaxilə, şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirdi. O, həm bu hərəkətin, həm də həmin video süjetin telekanallar tərəfindən nümayiş etdirilməsinin yerli və beynəlxalq qanunvericiliyə zidd  addım olduğunu bildirdi: “Gizli lent yazıları qanunvericiliyə görə yalnız 2 halda nümayiş etdirilə bilər: şəxsin özünün razılığı  və ya məhkəmənin qərarı ilə. Lakin bu halda nə məhkəmə qərarı, nə də Xəlilin özünün razılığı olmayıb. Əksinə Xəlil ondan ifadələrin məcburi aldığını bəyan etdikdən və bu barədə protokol tərtib edildikdən sonra həmin video süjet telekanallara ötürülüb və yayımlanıb”.
Amma telekanallarının nümayəndələri  iddianın mahiyyətini anlamadıqlarını və video süjetin istintaq tərəfindən onlara təqdim edildiyioni, onlarin da bu süjetləri cəımiyyəti məlumatlandırmaq məqsədiyə yaydıqlarını bildirdilər.
Tərəflərin çıxışından sonra qısa müddətə müşavirəyə gedən hakım, geri döndükdən sonra iddianın təmin edilməməsi haqqında qərar verdi.
Previous Post

İTV-NİN ÜÇ YAŞI TAMAM OLDU

Next Post

“GÜNDƏLIK BAKI”-NIN MƏHKƏMƏ PROSESİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.