İTV-NİN ÜÇ YAŞI TAMAM OLDU

Sabah İctimai Televiziyanın yaranmasının 3 ili tamam olacaq. İTV Azərbaycan hökumətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliy əsasında yaradılaraq 2005-ci il avqustun 29-dan fəaliyyətə başlayib.

Amma bu müddət ərzində informasiya, əyləncə sosai-iqtisadi və sairə verlişlərlə ekrana gələn İTV ictimaiyyətin telekanılına çevrilməyib. Telekanal “Gerçəyin özü”, “Yekun”, “İşgüzar saat”, “Ortaq məxrəc”, “Çarpaz baxış“, “Carçı” və “Xalq seçir” kimi ictimai-siyasi yüklü proqramlarla ekrana gəslə də bu proqramlarda əsasən  ictimaiyyət üçün az aktuallıq kəsb edən mövzular gündəmə gəttirilir. Habelə telekanalda sosal-siysi mövzuda təşkil olunan debatlara ciddi tənqidçı ekspertlər dəvət edilmir. Müstəqil analitiklər, Azərbaycanın siyası müxalifətinin rəyı  habelə RATI-nin apardığı müşahidələrin nəticəsində bəlli olur ki, İTV   daha çox hazırkı iqtidarın təblığı ilə məşğul oldur, telekanal müxalifət liderləri və tənqidçılərin üzünə bağlıdır.
Onu da qeyd edək ki, yarandığı müddətdən bəri İTV-yə dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Belə ki, 2008-ci ildə İTV-yə 10 032 000,0 AZN, 2007-ci ildə 7 524 000,0 AZN, 2006-cı ildə isə 11 000 000,0 AZN ayrılmışdır. Bu məbləğ də ümumilikdə təxminən 35,3 milyon ABŞ dollarına bərabərdir.
Previous Post

BƏXTİYAR ƏLİYEV AZTV-Nİ MƏHKƏMƏYƏ VERMƏDİYİNİ DEYİR

Next Post

AQİL XƏLİLİN TELEKANALLARA VƏ PROKURORLUĞA QARŞI QALDIRDIĞI İDDİA TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.