Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “AQO” qrupu dünən səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
Konfransda qrupun rəhbəri Pyer Syörgen ölkədə jurnalistlərə qarşı hücumlardan narahatlıqlarını ifadə edib. Qrup rəhbəri səfərin əsas mövzusunun KİV ətrafında vəziyyətlə bağlı olduğunu bildirib: “Toxunduğumuz məsələlərdən biri diffamasiyaya görə jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması praktikasına son qoyulması, ikincisi isə “Teleradio yayımı haqqında“ qanunun yenidən nəzərdən keçirilməsi oldu
Məhbus jurnalistlərlə görüşdüklərini deyən Syörgen qeyd edib ki, “onlar bizə səhhətləri, saxlanılma şəraitləri, həbsləri barədə məlumat veriblər. Biz də öz növbəmizdə bütün məlumatları hökumət dairələrinə çatdırmışıq. Jurnalistlərlə bağlı məsələ bizi çox narahat edir və məhkəmələrin tez bir zamanda onların işinə hərtərəfli baxması vacibdir”.