MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

aprel 5th, 2008

Dünən (04 aprel) Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə Tatyana Çaladzenin "Bakı xəbər" qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə hakim “Bakı –Xəbər” qəzetində dərc olunan müsahibədə şərəf və ləyaqətin alçaldılmasını təyin etmək üçün materialın ekspertizaya göndərilməsi haqda qərar qəbul etdi. Məhkəmə öz işini ekspertiza rəyindən sonra davam etdirəcək. Məlumat “Bakı-Xəbər” qəzetinin bu günkü sayında verilib.
            Xatırladaq ki, Tatyana Çaladze "Bakı xəbər" qəzetinin 13 aprel 2007-ci il tarixli sayında çap olunan "Tatyana Çaladzeyə 2 ev veriblər" başlıqlı yazıya görə qəzetin redaksiyasını 29 yanvar 2008-ci ildə məhkəməyə verib. Çaladze yazını özünün şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzuna xələl gətirən məqalə kimi qiymətləndirib. İddia ərizəsində təkzibin verilməsi və redaksiyanın 50.000 AZN məbləğində cərimələnməsi haqqında qərarın çıxarılması xahiş edilir.