HƏYACAN ƏVƏZ ZEYNALLININ SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həbs qəti imkan tədbirinə məhkum olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhətinin pisləşməsi barədə xəbərlərdən ciddi narahatlıq keçirir.

RATİ hesab edir ki, Əvəz Zeynallının həbsi Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsinə ziddir və Zeynallı dərhal azad olunmalıdır. Əvəz Zeynallının azad olunması qərarının veriləcəyini gözləyən RATİ hazırki məqamda Zeynallıya bütün lazımi tibbi yardımın göstərilməsinə və tələb olunarsa, onun həbsxanadan kənarda yerləşən tibbi müəssisədə müalicə olunmasına çağırır.

 

Əvəz Zeynallının səhhətinin ağırlaşması barədə məlumatı dünən RATİ-nin qaynar xəttinə (+994 12 408 75 30) zəng edən “Xural” qəzetinin direktoru Nizami Həsənov bildirmişdir. Həsənovun sözlərinə görə, Penitensiar Xidmətin tibb-sanitar şöbəsinin məlumatında göstərilir ki, Zeynallının müayinəsi zamanı ona “Xroniki Hepatoxolesistit, hepatomeqaleya; Böyrəkdə duzların kristallaşması; Bel fəqərələrinin ostreanxondrozu, radikulinevralgiya; Xroniki sobatrofik rinit” diaqnozu təyin edilib.

 

Ə.Zeynallının səhhəti ilə bağlı Penitensiar Xidmətin tibb-sanitar hissəsi  onun ailə üzvlərinə rəsmi məlumat verib.

N.Həsənovun sözlərinə görə, Zeynallıya Penitensiar Xidmətin tibb-sanitar hissəsində müalicə aparıldığı bildirilsə də səhhətində ciddi problemlər qalmaqdadır. Habelə onun kürək nahiyəsindəki xala infeksiya düşdüyü üçün şiş əmələ gəlib və burun çəpərin də təcili əməliyyata ehtiyacı var.

 

RATİ Azərbaycan hökumətini Əvəz Zeynallını bütün lazımi tibbi yardımla, o cümlədən ehtiyac yaranarsa, həbsxana xaricində yerləşən tibbi müəssisədə müalicə ilə təmin etməyə çağırır.

 

Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

 

Previous Post

LƏNKƏRANDA VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

Next Post

Əziz dostlar,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.