LƏNKƏRANDA VƏTƏNDAŞ CƏMİYYƏTİ NÜMAYƏNDƏLƏRİ ÜÇÜN TƏLİM KEÇİRİLİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu avqustun 27-də vətəndaş cəmiyyətinin nümayəndələri və hüquq müdafiəçiləri üçün "Kommunikasiya Strategiyaları və Texniki Bacarıqlar" adlı təlim keçirib.

Təlim Lənkəranda  keçirilmiş ilk təlimdən seçilən  iki baş təlimçi tərəfindən həyata keçirilib. Baş  təlimçi Səbinə Axundova təlimin 1-ci sessiyası zamanı iştirakçılara yeni medianın və xalq jurnalistikasının vətəndaş cəmiyyəti nümayəndələrinin həyatında rolu, jurnalist bacarıqlarından QHT kontekstində istifadə,  İnternetin yaratdığı yeni imkanlar barədə məlumat verib. 2-ci sessiyası zamanı digər baş təlimçi İlkin Muradov iştirakçıları bloggerliyin, xüsusi portalların və sosial medianın köməyi ilə xəbərləri, foto və videoları yaymağın açdığı yeni imkanlar, foto və video çəkmək və onları sosial şəbəkələrə yerləşdirmək qaydaları ilə tanış edib. RATİ-nin hüquqşünası Günay İsmayılova yeni mediada hüquqi və etik qaydalar, yeni media alətlərindən istifadə yolları barədə məlumat verib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

            Qeyd edək ki, təlim Regional Media Mərkəzinin Lənkəranda yerləşən ofisində  keçirilib.

            "Kommunikasiya Strategiyaları və Texniki Bacarıqlar" təlimi Avropa Komissiyasının maliyyə dəstəyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Demokratik Jurnalistika Məktəbi, Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən icra edilən "Yeni Medianın İnkişafı və Regionlara Yayılması" layihəsi çərçivəsində keçirilib.

Previous Post

QUBA “ÜSYANÇILARI”NIN MƏHKƏMƏSİ BAŞLADI

Next Post

HƏYACAN ƏVƏZ ZEYNALLININ SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.