Həyəcan: Naxçıvanda həkimlər jurnalistin həyat yoldaşını əməliyyat etməkdən imtina ediblər

Hekimeldostu Mehdiyev (1)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikasındakı bölgə müxbiri Həkimeldostu Mehdiyev və onun ailəsinə qarşı davamlı təzyiqlərdən narahatlığını ifadə edir. Belə ki, Naxçıvan Muxtar Respublikasının tibb müəssisələri Həkimeldostu Mehdiyevin ağır ginekoloji xəstəlikdən əziyyət çəkən 50 yaşlı həyat yoldaşını əməliyyat etməkdən imtina edirlər.

Jurnalistin RATİ-yə verdiyi məlumata görə, Şərur rayon xəstəxanasında həyat yoldaşının tibbi müayinəsi bir ay uzadılıb və nəhayət ötən cümə gününə əməliyyat təyin edilib. Lakin əməliyyat günü ona həyat yoldaşını əməliyyat üçün “daha yaxşı şərtlər” olduğu üçün Naxçıvan Doğum Evinə aparmağı “tövsiyə ediblər”.

“Orada da müayinə və qan təhlili apardıqdan sonra  əməliyyatı 19 fevral saat 11.00-a təyin ediblər. Əməliyyat başlamalı olduğu zaman həkimlər əməmliyyatdan imtina ediblər. Onlar jurnalistə “yuxarılarla” problemləri olduğunu və jurnalist fəaliyyətilə əlaqədar həyat yoldaşına tibbi yardım göstərilmədiyinə işarə ediblər.

Mehdiyev qeyd edib ki, hazırda həyat yoldaşının vəziyyəti çox ağırdır və əgər mümkün olacaqsa, onu xarici ölkələrdən birində əməliyyata aparmağı planlaşdırır.

Mehdiyev beynəlxalq təşkilatları həyat yoldaşının xilas edilməsinə köməklik göstərməyə çağırıb.

Məsələ ilə əlaqədar Naxçıvan Səhiyyə Nazirliyindən mövqe öyrənmək cəhdimiz baş tutmadı.

Previous Post

Bəyanat: Azərbaycanda mediaya təzyiqlər müxalif qəzetə yüksək məbləğli cərimələrin tətbiqi ilə davam etdirilir

Next Post

“Azadlıq” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.