Bu barədə məlumatı ərizəçilərdən biri olan İntiqam Əliyev yayıb.
O, bildirib ki, Avropa Məhkəməsinin qərarı əsasında bu işə Ali Məhkəmənin Plenumunda baxılması üçün ölkə qanunvericilində müəyyən olunmuş müddət başa çatsa da, işə həmin qurumda hələ də baxılmayıb.
Xatırladaq ki, AHF 23 iyun 2003-cü ildə qeydiyyatına alınması üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etsə də, nazirlik təşkilatı nə qeydiyyata alıb, nə də qeydiyyata alınmadan imtina barədə cavab verib.
2004-cü ilin mart ayında AHF-nin təsisçilərindən bir qrupu məhkəməyə müraciət ediblər. Ölkədaxili bütün instansiyalarda nəticə əldə edə bilməyən hüquqşünaslar 26 iyul 2005-ci ildə işi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriblər.
Avropa Məhkəməsi 12 dekabr 2008-ci il tarixli qərarla Ərizəçilərin Konvensiyanın 11-ci maddəsi ilə təminat verilən birləşmək hüququnun pozuntusu barədə qərar çıxarıb.