HƏRBİ JURNALİST BAŞ PROKURORLUĞA ÇAĞIRILIB

Dünən (30 iyul) axşam saatlarında tanınmış hərbi jurnalist və hərbi ekspert Üzeyir Cəfərov general Rail Rzayevin qətli ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Ü.Cəfərovun özü məlumat verib: “Baş prokurorluqda mühüm işlər üzrə müstəntiq Vaqif İsmayılov onun generalın qətlinə qədər və qətldən sonrakı telefon danışıqlarımla, xüsusilə qətl barədə kiminlə danışmağım, qətl günü bununla bağlı kimə zəng etməyim və mənə kimin zəng etməsi ilə maraqlandı” – deyən Ü.Cəfərov dindirilmə zamanı heç bir fiziki və ya mənəvi təzyiqə məruz qalmadığını və dindirilmənin protokollaşdırıldığını vurğuladı. Hərbi ekspertin dediyinə görə, istintaq onun qətllə bağlı mümkün versiyaları, qətlin səbəbləri haqda fikrini də öyrənib.
Xatırladaq ki, Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-i səhər saatlarında Bakıda odlu silahla qətlə yetirilib və hələ də qətlin üstü açılmayıb.
Previous Post

HÜQUQ MAARİFÇİLİYİ CƏMİYYƏTİ AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARININ İCRA VƏZİYYƏTİ İLƏ BAĞLI HESABAT HAZIR

Next Post

AHF-NİN TƏSİSÇİLƏRİ ALİ MƏHKƏMƏNİN PLENUMUNA MÜRACİƏT EDİBLƏR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.