ƏLİ ƏHMƏDOV GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsinə münasibət bidirib. “Amerikanın” səsi” radiosunun Azərbaycan xidmətinin yaydığı məlumata görə, o, məhkəmənin qərarına hörmətlə yanaşmağı lazım bilir.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Previous Post

MAİS MƏNSİMOV YENİDƏN FANAT.AZ SAYTINI MƏHKƏMƏYƏ VERDİ

Next Post

BEYNƏLXALQ İCTİMAİYYƏT BLOQÇULARIN HƏBSİNİ PİSLƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.