ƏLİ HƏSƏNOV AMNİSTİYAYA DÜŞÜB

Cəzasının bitməsinə iki ay vaxt qalan “İdeal” qəzetinin baş redaktoru Əli Həsənov amnistiyaya düşüb. Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov verib.

Qeyd edək ki, Ə. Həsənovla mart ayının 22-də həyat yoldaşı Nərminə Həsənova görüşüb. Onun RATİ-yə verdiyi məlumata görə baş redaktorun səhhəti və saxlanılma şəraiti normaldır. N. Həsənova həmçinin onu da bildirib ki, Ə. Həsənov yaxın 10 gün müddətinə azadlığa buraxılacaq.

Xatırladaq ki, Ə. Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabr ayının  14-də 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Previous Post

AİLƏSİ “TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORUNA BAŞ ÇƏKİB

Next Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.