AİLƏSİ “TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORUNA BAŞ ÇƏKİB

Mart ayının 22-i 15 saylı cəza çəkmə müəssisəsində cəza çəkən “Tolışi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədova ailəsi və hüquqlarını müdafiə komitəsinin sədri Hilal Məmmədov baş şəkiblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H. Məmmədov məlumat verib.

Onun sözlərinə görə N. Məmmədov 15 saylı cəzaçəkmə müəssisəsinin 15 gün karserində saxlanıldığından sonra sağlamlığında ciddi problemləri olub, lakin hal-hazırda onun vəziyyəti normallaşmışdır. N. Məmmədov söhbət zamanı H. Məmmədova “Tolışi Sədo” qəzetini təsis etdikdən sonra MTN tərəfindən izləndiyini, həbs olunduqdan sonra MTN-də təzyiqlərə məruz qaldığını bildirib. Milli mənsubiyyətinə görə təzyiqlərə məruz qalan N. Məmmədovun  hüquqlarını müdafiə komitəsinin sədri H. Məmmədov, 2008-ci ildə Avropa məhkəməsinə müraciət etdiklərini də bildirdi.

 N. Məmmədov həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) həbsdə olan jurnalistlərin ailəsinə yardım məqsədilə təşkil etdiyi “Novruz” marafonuna görə təşəkkür edib.

Previous Post

HƏYAT YOLDAŞI MİRZƏ SAKİTLƏ GÖRÜŞÜB

Next Post

ƏLİ HƏSƏNOV AMNİSTİYAYA DÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.