ƏLİ HƏSƏNOV: “XARİCİ RADİOSTANSİYALARLA BAĞLI MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ MÖVQEYİ TAM QANUNA UYĞUNDUR”

“Xarici radiostansiyalarla bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) mövqeyi tam qanuna uyğundur”.

Azadlıq” radiosunun məlumatında bildirilir ki, bu sözləri dekabr ayının  18-də Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
“Mövcud qanuna görə Azərbaycan milli televiziya və radio resursları yalnız ölkə daxilində vətəndaşlar tərəfindən istifadə oluna bilər. Xarici dövlətlərə bu resursların verilməsi isə qanuna ziddir. Amma bu o demək deyildir ki, bu televiziya və radiolar Azərbaycanda fəaliyyətlərini dayandıracaqlar. Bunun üçün başqa yollar da var. Məsələn, biz Türkiyə dövləti ilə dövlətlərarası müqavilə əsasında qarşılıqlı yayım təcrübəsinə malikik. Bu tipli digər addımlar da ola bilər. Hazırda Milli Televiziya və Radio Şurasının fəaliyyəti ona yönəlib ki, Azərbaycanda bu sahədə qanunçuluq bərpa edilsin”, – deyə Ə. Həsənov bildirib.
Məlumat üçün qeyd edək ki, bir müddət bundan əvvəl  MTRŞ sədri Nüşirəvan Məhərrəmli bəyan edib ki,  Azərbaycanda fəaliyyət göstərən xarici radioların (“Azadlıq”, “Amerikanın səsi” və “BBC”) milli  tezlikdə yayımlanması qanuna uyğun deyil və 2009-cu il yanvarın 1-dən həmin radiostansiyaların milli tezliklərə yayımı dayandırılacaq.
Previous Post

AVROPA MƏHKƏMƏSİ DAHA İKİ JURNALİSTİN İDDİASINI TƏMİN ETDİ

Next Post

GƏNCLƏR XARİCİ RADİOSTANSİYALARININ MİLLİ TEZLİKLƏRLƏ YAYIMININ DAVAM ETDİRİLMƏSİNİ TƏLƏB ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.