ƏLİ HƏSƏNOV GÜNAHKAR OLMADIĞI HALDA 5 AY CƏZA ÇƏKDİYİNİ BİLDİRDİ

“İdeal” qəzetinin baş redaktoru Əli Həsənov, Milli Məclis tərəfindən qəbul olunmuş amnistiya aktına əsasən aprel ayının 10-da azadlığa buraxılıb.

Baş redaktor Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı ilə söhbətində özünü, həbs edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilmədiyini deyib. 2008-ci il oktyabr ayının 21-də “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevlə razılıq əsasında qəzetin baş redaktoru vəzifəsinə təyin olunduğunu qeyd edən Ə. Həsənov, hələ bu vəzifədə fəaliyyət göstərməmişdən əvvəlki dövrlərdə  N. Quluyevin və onun təsisçisi olduğu qəzetin cəlb olunduğu xüsusi ittiham qaydasında məhkəmə çəkişmələrinə də cəlb edildiyini bildirib. Oktyabr ayının 22-i, 23-ü və 24-ü tarixlərində N. Quliyev məhkəmə işinə cəlb olunduğundan və barəsində axtarış elan edildiyindən cavabdeh qismində, həmçinin qəzetin baş redaktoru olaraq Ə. Həsənov proseslərdə iştirak etməli olub: “Cavabdeh qismində proseslərdə iştirak etdiyimdən, işlədiyim müddətdən əvvəl qəzetin mövqeyini müdafiə etdiyimi düşünən şəxslər, haqqımda xüsusi ittiham qaydasında məhkəməyə şikayət ərizəsi təqdim etdilər. Nəsimi Rayon Məhkəməsində hakim Elmar Kərimovun qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edildim. Daha sonra iş adamı Fəxrəddin Qasımovun verdiyi xüsusi ittiham qaydasında iddiaya əsasən 2 ay həbs müddəti əlavə olunaraq 8 ay müddətinə azadlıqdan məhrum olundum”. Ə. Həsənov hesab edir ki, məhkəmə tərəfindən ona qarşı çıxarılmış olan qərar haqsız qərar olub.  Oktyabrın 22-dən noyabr ayının 15-ə qədər baş redaktor olduğu dövrdə  “İdeal” qəzetində nümunəvi məlumatların dərc olunduğunu bildirən keçmiş baş redaktor, qəzetin əvvəlki mövqeyini jurnalistikanın və publisistikanın normativlərinə uyğun olmadığını da qeyd edib.
CM 147  və 148-ci maddələrinin cinayət məcəlləsindən çıxarılması ilə bağlı edilən təkliflərə münasibət bildirən Ə. Həsənov qeyd edib ki, Azərbaycanda bu maddələrdən sui-istifadə edərək jurnalistlərə qarşı iddialar qaldırılır və onlar həbs edirlər.
Qeyd edək ki, Ə. Həsənov vətəndaş Səbirə Məmmədovanın iddiası əsasında  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabr ayının 14-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 6 ay, vətəndaş Fəxrəddin Qasımovun iddiası əsasında 2 ay, ümumilikdə 8 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Previous Post

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ: “KANALLARLA BAĞLI HEÇ BİR PROBLEM YOXDUR”

Next Post

İTV-NİN YAYIM ŞURASI MÜƏYYƏNLƏŞDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.