ƏLİ HƏSƏNOV HƏBSDƏ OLAN JURNALİSTLƏRİN İSLAH OLUNDUĞUNU DEYİB

Dünən (10 iyun) Prezident Administrasiyası ictimai–siyasi şöbəsinin müdiri Əli Həsənov 22 İyul Milli Mətbuat Günündə həbsdə olan jurnalistlərin əfvi məsələsinə  münasibət bildirib.

 “Trend” informasiya agentliyinə müsahibəsində Azərbaycanda peşə fəaliyyətinə görə həbs olunmuş jurnalistlərin əksəriyyətinin prezident tərəfindən əfv olunduğunu deyən Ə.Həsənov bildirib ki, jurnalistlərin əfv məsələsi Əfv Komissiyasının sədri olan prezident İlham Əliyevdən asılıdır. O, hazırda həbsdə olan jurnalistlərin  qeyri-jurnalist fəaliyyətinə görə həbsə alındıqlarını bildirərək, jurnalistlərin peşə fəaliyyətinə görə həbsə alınmasının tərəfdarı olmadığını ifadə edib:
 “İstərdim ki, həbsdə olan jurnalistlər tezliklə azadlığa buraxılsınlar. Düşünürəm ki, onlar artıq islah olunublar və müəyyən məsələlərdə səhvlərini başa düşüblər” -deyə, Əli Həsənov vurğulayıb.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZADLIQ VƏ DEMOKRATİYA SAHƏSİNDƏKİ VƏZİYYƏT BARƏDƏ HESABATINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.