ABŞ DÖVLƏT DEPARTAMENTİ AZADLIQ VƏ DEMOKRATİYA SAHƏSİNDƏKİ VƏZİYYƏT BARƏDƏ HESABATINI AÇIQLADI

 Amerika Dövlət Departamentinin Hüquqlar və İşçi qüvvəsi  üzrə Bürosu Qabaqcıl Azadlıq və Demokratiya haqqında Hesabatını açıqlamışdır. Azərbaycanla  bağlı bölmədə müvafiq olaraq bildirilir ki, Azərbaycan prezident formalı hökumət ilə idarəolunan  respublikadır və prezident icraedici, qanunverici və məhkəmə hakimiyyətlərindən üstündür.

 “Hökumətin insan hüquqları üzrə hesabatı 2008-ci ildə bəzi sahələr üzrə pisdir və hələ də düzəlməmiş qalır. Seçkilərin  keçirilməsində  texniki aspektdən bəzi təkmilləşdirmələr olmasına baxmayaraq, hökumət prezident seçkisində kütlənin sülhlə hakimiyyət dəyişikliyini məhdudlaşdırdı. Polisdə və hərbi nəzarət altında olan cəzaçəkmə müəssisələrində həbsdə şəxslərin işgəncəyə məruz qalması və döyülməsi halları davam edir. Bu kimi hallar 2008-ci ildə üç ölüm hadisəsi ilə nəticələndiyi halda, təhlükəsizlik qüvvələrinin cəzasızlığı davam edir. İnfrastrukturda təkmilləşdirmələrə baxmayaraq, həbsxanalarda şərait sərt olaraq qalır. Əsassız həbs  – xüsusilə siyasi baxışlarına görə hökumət tərəfindən təqib edilməsi və məhkəməyə qədərki  uzunmüddətli həbs halları davam edir. Hökumət hələ də siyasi səbəblərə görə şəxsləri həbs edir. Məhkəmə hakimiyyətində yayılan korrupsiya və hüquq-icra fəaliyyətində qanun pozuntuları hələ də qalmaqdadır. Toplaşmaq  azadlığına məhdudiyyətlər davam edir. 2008-ci ildə media azadlığına və siyasi iştiraka məhdudiyyətlər xüsusən "Amerikanın səsi", “Azadlıq”  və BBC radiolarının FM tezliklərindəki yayımlarına qadağa qoyulmasından sonra daha da  pisləşdi. Hökumət bəzi  Xristian və İslam dini qruplarının fəaliyyətlərinə də məhdudiyyətlər qoyur. Qadınlara qarşı zorakılıq hallarına da rast gəlinməkdədir. Hökumətin problemlə əlaqədar tədbir görməyinə baxmayaraq, insan alveri halları davam edir ".

Azərbaycana aid  ətraflı məlumata burada baxıla bilər: http://www.state.gov/g/drl/rls/afdr/2009/eur/122893.htm

Bütün ölkələr üzrə hesabatlara burada baxıla bilər:

http://www.state.gov/g/drl/rls/afdr/2009/index.htm

 

Previous Post

ƏLİ HƏSƏNOV HƏBSDƏ OLAN JURNALİSTLƏRİN İSLAH OLUNDUĞUNU DEYİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.