AMAŞOV HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜB

Dekabrın 22-də Məbuat Şurasının sədri Əflatun Amaşov həbsdə olan jurnalistlər Rövşən Kəbirli, Yaşar Ağazadə, Samir Sədaqətoğlu, Rafiq Tağı və Fərəməz Allahverdiyevlə görüşüb.

Bu haqda RATİ-yə məlumat verən MŞ-nın katibi Rəhim Hüseynzadə bildirib ki, sədr görüş zamanı jurnalistlərin səhhəti ilə maraqlanıb. “Nota bene” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlundan başqa digər jurnalistlərin heç birinin səhhətindən narazıçılıqları olmayıb. Katib eyni zamanda sədrlə jurnalistlər arasında əfvlə bağlı müzakirələrin aparıldığını da qeyd edib.
Previous Post

HARAŞTİ XİN-Ə MƏKTUB GÖNDƏRİB

Next Post

DAHA BİR İŞ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.