DAHA BİR İŞ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Vəkil Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanovun “Xəzri” qəzetinin təsisçisi Zərdüşt Əlizadayə və “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı çıxarılan məhkəmə qərarından Avropa Məhkəməsinə şikayət edilib.


       Vəkil qeyd edib ki, şikayət Media Hüquq İnstitutu tərəfindən hazırlanıb və dekabrın 18-də Strasburqa göndərilib.

     Xatırladaq ki, bu il  avqustun 9-da Səbail Rayon Məhkəməsi Zərdüşt Əlizadənin və “Azadlıq” qəzetinin ayrı-ayrılıqda 5000 AZN məbləğində cərimələnməsi haqqında qərar çıxarıb. Həzi Aslanovun iddiasına “Azadlıq” qəzetinin 29 iyun 2006-cı il tarixli sayında Zərdüşt Əlizadə tərəfindən yazılmış “Mirzə Sakitə qarşı çirkin oyun qurulub” adlı məqalə səbəb olub.

     Apellyasiya Məhkəməsi bu qərarı dəyişərək, cərimə məbləğini bütövlükdə 2000 AZN-ə  endirmişdi. Apellyasiya Məhkəməsinin bu qərarından verilən şikayəti isə Ali Məhkəmənin hakimi Günəş Xudaverdiyeva təmin etməmişdi.  

Previous Post

AMAŞOV HƏBSDƏKİ JURNALİSTLƏRLƏ GÖRÜŞÜB

Next Post

SÖZ AZADLIĞININ MÜDAFİƏSİ İLƏ BAĞLI AKSİYA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.